Dəri tikişi, qadın və kişi gödəkçələri
Dəri kurtka – gödəkçə tikiş qiyməti
Dəri rəngləməsi – xidmətlərdən biridir
Ünvandan aparıb – ünvana çatdırırıq
Qiymət kurtka tikilişi modelin mürəkkəbliyindən, istifadə olunan dərinin miqdarından və aksessuarlardan asılıdır.
Dəri tikişi, qadın və kişi gödəkçələri, istənilən model, material – hakiki dəri
Dəri tikişi, qadın və kişi gödəkçələri, istənilən model, material – hakiki dəridən. Sərfəli qiymət. Bir həftə, on gün hazırlanma müddəti. Azərbaycan və Türkiyə istehsalı yüksək keyfiyyətli dəridən hazırlanmış.
Dəri tikişi bu o demək deyil ki, biz yalnız gödəkçə tikirik
Dəri tikişi bu demək deyil ki biz yalnız gödəkçə tikirik. Bu o deməkdir ki biz hər bir əşya paltar tikə bilərik. Məsələn, restoranlar üçün çəngəl bıçaq qabı, çanta, bayker jiletı, və ya başqa bir
Dəri tikişi həttə restoran və kafe, otel kimi məkanlara lazım olur
Dəri tikişi həttə restoran və kafelərdə, önlük, meny və digər hallarda lazım olur. Meny sifarişləri tez-tez olur. Çəngəl, qaşıq bıçaq qabları sifarışlə hazırlanır. Steyk house, avtomobil sektorında. Bu kimi təşkilatlar bizə rahatlıqla müraciət edə bilərlər.
Fərdi sifarişlə dəri geyim və aksesuarlar
Dəri dərzisi – gödəkçələr, klassik geyim tərzi
Dəri geyimlər həmişə dəbdə olub və öz sahibinə unikal üslub bəxş edir. Biz fərdi sifarişlə dəri gödəkçələr, klassik üslubda dəri paltarlar və eksklüziv modellər tikirik. Hər bir sifariş unikal ölçülərə və müştərinin tələblərinə uyğun hazırlanır. Yüksək keyfiyyətli materiallardan istifadə edərək, geyimlərin uzunömürlü və rahat olmasını təmin edirik.
Sifarişlə dəri tikiş – hədiyyəlik aksesuarlar üçün
Sevdiklərinizə unikal və qiymətli hədiyyə axtarırsınızsa, dəri aksesuarlar ideal seçimdir. Dəri çantalar, pul kisələri, kəmərlər və kartqablar sifarişlə hazırlanır. İstəyə görə üzərinə fərdi naxış və ya loqo əlavə etmək mümkündür.
Dəri jilet tikişi – sifarişlə, istənilən ölçü və sayda
Bayker jiletləri, klassik dəri jiletlər və fərdi dizaynlar tam sizin istəyinizə uyğun tikilir. Jiletlər sərt və yumşaq dəri variantlarında sifariş edilə bilər. İstəyə görə xüsusi elementlər və aksesuarlar əlavə edilir.
Dəri üzərində naxış işlənməsi və tikmə
Dəri üzərində naxış işlənməsi (tikiş naxışı), oyma və tərtibatlı tikmə xidmətlərimiz mövcuddur. Bayker jiletləri, dəri çantalar və digər aksesuarlar üzərində xüsusi tərtibatlı tikmə və loqo işləmələri həyata keçirilir.
İstənilən dəri məhsulunu fərdi sifarişlə hazırlamaq üçün bizimlə əlaqə saxlayın!
Biz 24 ilə yaxın dəri ilə çalışırıq. Original dəri və ya eko dəri (dəri əvəzedicisi)
Dekor üçün dərilərimiz mövcuddur. Bütün mallar yüksək keyfiyyətdə tikiş olunur. Əlimizdə olan dəri həm yerli dəri məhsulları, həm Türkiyə istehsalı dərilərdir.
Dəri gödəkçələrin təmiri
Dəri gödəkçələr o zaman təmir olunur, kürəyinizdə və ya qollarınızda yaranan cırılmalar, iti əşyalara ilişmələr və digər zədələnmələr kürək geyimlərinin ömrünü qısalda bilər. Parça üzərində olan kiçik cırıqlar xüsusi tikmə və ya yamama üsulları ilə bərpa edilir.
Dəri və zamşa materiallı kürəklərdə yaranan zədələr isə sadəcə digər dəri ilə əvəz olunur, və rəng uyğunlaşdırma texnikası ilə düzəldilir. Təcrübəli ustalar materialın strukturu və rənginə uyğun şəkildə düzəliş edərək, kürəyinizi ilkin vəziyyətinə qaytarır.
Gödəkçə rəngləməsi, ayaqqabı rəngləməsi, geniş təcrübəli ustalar
Gödəkçə rəngləməsi və ayaqqabı rəngləməsi dəriyə ikinci həyat bəxş edir. Bizim ustalarımızın 20 ildən artıq təcrübəsi var və hər bir işə peşəkar yanaşma ilə yanaşırlar. Zamanla solmuş, ləkələnmiş və ya rəngi dəyişmiş dəri məhsulları diqqətlə təmizlənir, xüsusi boya ilə rənglənir və yenidən istifadəyə hazır vəziyyətə gətirilir. İstər klassik gödəkçə, istərsə də gündəlik istifadə üçün ayaqqabı olsun – hər biri xüsusi qulluq tələb edir və bu sahədə biz sizə peşəkar xidmət təklif edirik.
Gödəkçə rəngləmə, ayaqqabı rəngləməsi, dəri rəngləməsi
Gödəkçə rəngləmə və ayaqqabı rəngləməsi ilə yanaşı, ümumi dəri rəngləməsi də təklif edirik. Dəri məmulatlarının rənginin bərpası üçün keyfiyyətli boyalardan istifadə olunur. Təbii və süni dəri üçün fərqli yanaşmalar tətbiq edilir. Məhsulun strukturuna zərər vermədən, səthdə bərabər və təbii görünüşlü rəng əldə olunur.
Dəri rəngləməsi
Dəri rəngləməsi təkcə geyimlə məhdudlaşmır. Avtomobil oturacaqları, ofis və ev kresloları, divanlar, eləcə də digər mebel dəri hissələri də peşəkar şəkildə rənglənir. Qat-qat tətbiq olunan boya həm uzunömürlü nəticə verir, həm də əvvəlki parlaqlığını geri qaytarır. İstər ev şəraitində, istərsə də ofisinizdəki mebellər olsun – biz sizin üçün dəri məhsullarını yeniləyirik.
Dəri gödəkçələr çox asanlıqla təmir olunur!